Accessibility links

İranın Türkiyə ilə sərhədində toqquşma zamanı yeddi nəfərin öldüyü xəbər verilir


İran mətbuatının verdiyi məlumata görə, İranın Türkiyə ilə sərhəddində toqquşma zamanı yeddi nəfər həlak olub.Keyhan qəzeti xəbər verir ki, İranın İnqilabi Qvardiyası ilə əlaqəli olan könüllü bəsic qrupunun üzvləri Qərbi Azərbaycan vilayətinin sərhədləri yaxınlığında beş yaraqlını qətlə yetiriblər. Qəzetdə Bəsicin üç üzvünün də qətlə yetirildiyi deyilir. Məlumatda toqquşmanın nə zaman baş verdiyi deyilmir.


XS
SM
MD
LG