Accessibility links

Rəcəb Tayyip Ərdoğan: 'İşğal bitməmiş sərhədləri açmaq mümkün deyil'


Türkiyə baş naziri Rəcəb Tayib Ərdoğan Azərbaycanı əmin edib ki, erməni qüvvələri Dağlıq Qarabağdan çıxarılmayınca onun ölkəsi Ermənistanla sərhədləri açmayacaq.

Türkiyə lideri bu gün Bakıda İlham Əliyevlə növbəvi danışıqlarından sonra bu bəyanatı verib.

Cənab Ərdoğan deyib ki, Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına cavab olaraq bağlayıb.

Onun sözlərinə görə, işğal bitməmiş sərhədləri açmaq mümkün deyil.

Cənab Ərdoğan öz düşüncələrini sonra Azərbaycan deputatları qarşısında çıxış edərkən təkrar edib. Daha əvvəl Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair əldə edilmiş razılıq Azərbaycan rəsmilərinin narazılığına səbəb olmuşdu.

XS
SM
MD
LG