Accessibility links

Çeçenistanda bomba partlayışı zamanı 3 nəfər həlak olub


Rusiya təhlükəsizlik orqanlarının rəsmiləri Çeçenistanın cənubunda yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində iki polis işçisi və bir mülki vətəndaşın öldüyünü bildiriblər. Rəsmilərin verdiyi məlumat görə, bomba Belqatoy şəhəri yaxınlığında polis işçilərindən birinin sürdüyü maşına dəyərək partlayıb.

Çeçenistanın dağlıq hissəsində yerləşən bu şəhərdə Rusiya rəsmiləri keçən həftə yeni əks-terror əməliyyatı keçirmişdir. Rusiya komandirləri Şali, Şatoy və Vedeno rayonlarında əməliyyatların Çeçenistanın cənubunda separatçı silahlı qrupların fəaliyyətlərini bərpa etməsinə cavab olaraq keçirildiyini elan ediblər.

XS
SM
MD
LG