Accessibility links

XVI Benedikt  İordan çayının qərb sahilində olub


Roma Papası XVI Benedikt Roman Katolik Kilsəsinin rəhbəri kimi ilk dəfə İordan çayının qərb sahilində olub. Çərşənbə günü Isa peyğəmbərin doğulduğuna inanılan Betlehem şəhərində təşkil edilən açıq hava Messasında Roma Papası Fələstin dövlətinin yaradılması ideyasını dəstəklədiyini deyib. XVI Benedikt İsrailin Qəzzanın blokadasına yaxın zamanda son qoyması üçün dua etdiyini bəyan edib. Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşən Roma Papası suveren Fələstin torpaqlarına dəstək və Israil-Fələstin münaqişəsində əzizləri qurban gedən isnanlara dərin hüznlə başsağlığı verib.

XS
SM
MD
LG