Accessibility links

Qazaxıstan və Cənubi Koreya  enerji sahəsində əlaqələri genişləndirir


Cənubi Koreya və Qazaxıstan əsas diqqəti təbii ehtiyatlar və infrastrukturun inkişafına yönəltməklə iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq haqda razılığa gəliblər. Cənubi Koreya prezidenti Li Myunq-bak və Qazaxıstan prezideni Nursultan Nazarbayev birgə layihələrə dair planlarla bağlı bu gün Astanada bir sıra sənədə imza atıblar.

İki ölkə arasında imzalanmış sənədlərə əsasən, Cənubi Koreya Qaaxıstanda İnternet şəbəkəsinin inkişafı və Balxaşda istilik elektrik stansiyasının inşasına kömək edəcək. Bunun əvəzində, Cənubi Koreya uran da daxil olmaqla, Qazaxıstanın təbii ehtiyatlarına çıxış imkanı əldə edəcək.

XS
SM
MD
LG