Accessibility links

Gürcüstan müxalifəti dövlət telekanalının önünə toplaşır


Gürcüstan paytaxtı Tbilisidə müxalifət fəalları hökumət əleyhinə hər gün keçirilən aksiyalar barədə ətraflı məlumat verilməsi tələbilə bu gün yenidən dövlət telekanalının önünə toplaşıb. Nümayişçilər bu gün səhər telestansiyanın qarşısına yığışaraq keçən jurnalistləri lağa qoyublar. Müxalifət tərəfdarları telekanalı etiraz aksiyaları barədə məhdud və neqativ məlumatlar verməkdə günahlandırır. Keçən həftə polislə toqquşma zamanı 3 nəfər həbs ediləndən sonra fəallar telekanalın önündə aksiyaları dayandırmışdı. Müxalifət liderləri deyir ki, prezident Mixail Saakaşvilinin hakimiyyətin bölüşdürülməsi təklifi ilə razılaşmayandan sonra onlar daha böyük aksiyalar keçirməyə söz verib. Nümayişçilər prezidentin istefasını tələb edirlər.
XS
SM
MD
LG