Accessibility links

İsrailin baş naziri Benjamin Netanyahu İordaniyada səfərdədir


İsrailin baş naziri Benyamin Netanyahu bu gün kral Abdulla ilə görüşmək məqsədi ilə İordaniyaya səfər edib. Liderlər Qırmızı dəniz sahilindəki kurort şəhəri Aqabada görüşüblər. Kral sarayının açıqladığı bəyanatda deyilir ki, görüş zamanı kral Abdulla cənab Natanyahuya İsrail-Fələstin münaqişəsinin iki dövlətin mövcudluğu prinsipi əsasında həllinə sadiqliyini bildirmək və Ərəb dövlətlərinin sülh təşəbbüslərini qəbul etmək üçün təzyiq göstərib. Baş nazir Netanyahu İsrailin bundan əvvəlki hökumətinin qəbul etdiyi kimi, Fələstin dövlətinin yaradılması fikrini dəstəklədiyini deməyib. İordaniyaya gözlənilmədən etdiyi səfəri Benyamin Netanyahunun keçən ay vəzifəsinin icrasına başlamasından bəri xaricə ikinci səfəridir. Bu həftənin bazar ertəsi o, prezident Hüsnü Mübarəklə danışıqlar aparmaq üçün Misrə getmişdi. May ayının 18-də isə İsrail lideri Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşməlidir.

XS
SM
MD
LG