Accessibility links

Birmanın müxalifət lideri yeni ittihamlarla qarşılaşır


Birmanın demokratiyayönümlü lideri Aunq SAnSuu Kyinin vəkili deyir ki, lider ev dustaqlığı cəzasını pozmaq ittihamları ilə məhkəməyə çıxarılmaq üçün Ranqundakı həbsxanaya aparılıb. Müstəntiq Kyi Vinin sözlərinə görə, ittihamlar son hadisədən irəli gəlib. Belə ki, amerikalı bir nəfər gölü keçərək Aunq San Suu Kyinin evində gizlənib. Onun sözlərinə görə, rəsmilər destruktiv elemetlərlə onun qanunu pozduğunu desə də, xanım Kyi ittihamları rədd edir. O, amerikalı Con Yettaunu dəli adlandıraraq, məhdud zonaya girdiyi üçün Yettaunun ittiham edilməli olduğunu bildirib. Məhkəmənin gələn həftənin bazar ertəsi günü keçiriləcəyi gözlənilir və əgər ittiham sübuta yetirilsə onu 5 illik həbs cəzası gözləyir. 63 yaşlı Nobel sülh mükafatı laureatı 19 illik ev dustaqlığı cəzasının 13 ilini artıq çəkib.


XS
SM
MD
LG