Accessibility links

ATƏT Moskva ilə Gürcüstanda müşahidəçi missiyasına dair danışıqları  dayandırmalı olub


Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatı Rusiya Avropa sülhümühafizə qüvvələrinin yerləşdirilməsi planlarının qarşısını aldıqdan sonra Gürcüstana müşahidəçilər göndərilməsinə dair danışıqları dayandırıb. Bu haqda məlumatı hazırda ATƏT-ə sədrlik edən Yunanıstanın təşkilatdakı səfiri Mara Marinaki verib.

ATƏT-in son planına əsasən, müşahidəçilərin Gürcüstanın şəhərləri və Rusiya tərəfdarı Cənubi Osetiya regionuna sərbəst səfər etməsi nəzərdə tutulurdu.Moksva planı dünən planın qarşısını alaraq, müşahidəçilərin ilk növbədə, Cənubi Osetiyadan icazə almalı olduğunu bildirib.Dövlət Departamentinin sözçüsü İyen Kelli plana güclü dəstəyini ifadə edib.


XS
SM
MD
LG