Accessibility links

Pakistan hökuməti qaçqın axınının artmasından narahatdır


Pakistanın baş naziri Yusif Raza Gilani ölkənin şimal-qərbindəki yaraqlılara qalib gəlinəcəyinə söz versə də, xəbərdarlıq edib ki, hökumət zorakılıqlar səbəbindən qaçqın axınının qarşısını almasa öz populyarlığını itirəcək. Cənab Gilani bu gün parlamentdə çıxışı zamanı deyib ki, Svat vadisindəki qaçqın axını Pakistanda 1947-ci ildən bəri ən böyük miqyaslı axındır. BMT-nin məlumatında bildirilir ki, son döyüşlərə görə yurdlarından didərgin düşənlərin sayı artıq 800 000-ə çatıb ki, bununla da son il ölkədə zorakılıqlar üzündən qaçqın düşənlərin sayı bir milyonu ötüb.

XS
SM
MD
LG