Accessibility links

Donuz qripinə yoluxanların sayı daha min nəfər artıb


Ümumdünya Səhiyyə təşkilatı bir gün ərzində dünya ölkələrində mindən artıq yeni H1N1donuz qripi halı qeydə alınıb. Təşkilatın bildirdiyinə görə, dünyanın 34 ölkəsində H1N1 virusuna yoluxanların sayı 7520 nəfərdir.

Bu gün Malaziya H1N1 donuz qripi virusunun qeydə alındığını təsdiq edərək, qripin bu növünün yayıldığı ölkələr sırasına qoşuldu. Səhiyyə nazirliyinin açıqladığı bəyanatda deyilir ki, 21 yaşlı tələbə qızdırma və əzələ ağrıları simptomları xəstəxanaya yerləşdirilib. Tələbə gənc Birləşmiş Ştatlardan yenicə qayıdıb. Nazirlik bildirir ki, Selanqor ştatında xəstəxanada olan xəstənin vəziyyəti indi sabitdir.

Ümumdünya Səhiyyə təşkilatı virusun çoxu Meksikada olmaqla, 65 adamın ölümünə səbəb olduğunu bildirir.

XS
SM
MD
LG