Accessibility links

Roksana Saberi İranı tərk etdi


Amerika jurnalisti Roksana Saberi 4 ay İran həbsxanasında saxlandıqdan sonra bu gün Avstriyaya gəlib. Yenicə azadlığa buraxılmış jurnalisti Tehrandan birbaşa uçuşla Avstriya paytaxtı Vyanaya valideynləri müşayiət edib.Saberi hava limanında müxbirlərə deyib ki, o, Vyanada bir neçə gün olacaq, sonra isə oradan ABŞ-a yola düşəcək. O deyib ki, təcrübəsi barədə danışmağa hazır olmasa da, həbsdə keçirdiyi günlər və onun tutulmasına gətirib çıxaran hadisələr barədə yaxın gələcəkdə açıqlama verəcək.

Həm Amerika, həm İran vətənlaşlığına malik 32 yaşlı jurnalist İranda şərab alarkən nəzarət altına alınmışdı. Bu ölkədə şərab almaq qanunla qadağan edilib. Keçən ay isə xanım Saberi casusluqda ittiham olunmuşdu. Saberinin vəkilinin apellyasiya şikayətindən sonra məhkəmə onun cəzasını iki il endirərək bazar ertəsi günü azadlığa buraxmışdı.

XS
SM
MD
LG