Accessibility links

Dmitri Medvedev Avropada təhlükəsiziliyə dair yeni müqavilənin hazırlanmasına çağırır


Rusiya prezidenti Dmitri Medvedev Avropada təhlükəsizliyə dair yeni ətraflı müqavilə çağırışlarını təkrar etsə də, NATO-nun Gürcüstanda təlimlərini tənqid edib. Rusiya televiziyasına verdiyi müsahibə zamanı cənab Medvedev deyib ki, NATO-nun genişlənməsi Avropanın yenidən bölünməsinə gətirib çıxaracaq. Rusiya prezidenti daha sonra Avropa Birliyi və NATO ölkələri, bununla yanaşı keçmiş Sovet İttifaqı respublikanın daxil olduğu təhlükəsizliyə dair yeni müqavilənin hazırlanmasına çağırıb.

Cənab Medvedev NATO-nun Gürcüstanda təlimlərinə işarə edərək Avropada yeni təhlükəsizlik strukturunun yaradılması, yoxsa bir il bundan əvvəl müharibəyə səhnə olmuş ərazidə təlimlər keçirməyin daha yaxşı olduğu haqda sual qaldırıb. ABŞ prezidenti Barak Obamanın yeni administrasiyası Rusiya ilə daha yaxşı əlaqələr qurmağa hazırlığını vurğulayıb.

XS
SM
MD
LG