Accessibility links

Çeçenistanda dörd militant öldürülüb


Rusiyanın Çeçenistan regionunda polis rəsmiləri cümə günü iki polis zabitini qətlə yetirən intiharçı ilə əlaqəli dörd militantı öldürüblər. Polis deyir ki, militantlar hücum planlaşdırırdılar. Militantların üçü Çeçen paytaxtı Qroznıda öldürülüb. Döürdüncü militant isə Alxan-Kala kəndi yaxınlığında qətlə yetirilib. Cümə günü intiharçı Qroznıda özünü partladaraq iki polisi qətlə yetirmişdi. Daxili İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində əlavə beş adam yaralanıb. Çeçenistan prezidenti Ramzan Kadırov həlak olan polisləri alqışlayaraq onların şücaəti nəticəsində çoxlu sayda həyatların xilas edildiyini bildirib.
XS
SM
MD
LG