Accessibility links

CIA rəhbəri Nənsi Pelosinin ittihamlarını rədd edir


Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri Nümayəndələr Palatasının agentliyin onu terror şübhəlilərinin sudaboğma stimulyasiyası ilə bağlı azdırdığı haqda dediklərini rədd edib. CIA-in direktoru Leon Panetta cümə günü işçilərə ünvanlanmış məktubda bildirir ki, sənədlər agentliyin həmin ildə qanunveriviləri dürüst məlumatlandırdığını göstərir. ABŞ Nümayəndələr Palatasının spikeri, Demokrat Nənsi Pelosi, müxbirlərə deyib ki, Buş administrasiyası dönəmində CIA ona terror şübhəlilərinə qarşı sudaboğma stimulyasından istifadə edilmədiyini bildirmişdi. Pelosi beş ay sonra 2002-ci ildəki brifinq zamanı bu praktikadan artıq istifadə olunmasından xəbər tutduğunu deyir. Rəqib Respublikaçılar prezident Obamanın işgəncə adlandırdığı praktika haqda kimin nə vaxt bu məsələdən agah olması ilə bağlı Nənsi Pelosiyə təzyiqlər göstərir.
XS
SM
MD
LG