Accessibility links

Rusiya prezidenti İtaliyanın baş naziri ilə görüş keçirib


Rusiya prezidenti Dmitri Medvedev bu gün İtaliyanın baş naziri Silvio Berluskoni ilə görüş keçirib. Moskva yaxınlığında keçirilən görüş zamanı qlobal iqtisadi böhran, ticarət əlaqələri və digər dünya miqyaslı məsələlər müzakirə edilib.

Rusiyanın xəbər agentliklərinin məlumatına görə, prezident Medvedev baş nazir Berluskoni ilə Böyük Səkkizliyin qarşıdan gələn sammitini də danışıqlar mövzusu edib.

İki ölkə liderinin Rusiya-NATO əlaqələrinə də toxunduğu bildirilir. Rusiya ilə NATO arasında gərginlik alyansın Gürcüstanda hərbi təlimlər keçirməsi ilə daha da artıb.

XS
SM
MD
LG