Accessibility links

Əfqanıstanda yaraqlıların hücumları nəticəsində bir neçə adam həlak olub


Əfqanıstan rəsmiləri yaraqlıların bu gün Helmənd vilayətində polis məntəqəsinə hücumu zamanı altı polis zabitinin öldüyünü bildiriblər. Əfganıstanın Müdafiə nazirliyi bildirib ki, Zabul vilayətində yol kənarında yerləşdirilmiş bombanın partlaması bir əfqan əsgərin ölümü, üç əsgərin yaralanması ilə nəticələnib.Bu arada, ABŞ hərbi qüvvələri Amerikanın özəl təhlükəsizik şirkətinin dörd işçisi ilə bağlı insidentin araşdırıldığını bildirir. Şirkət üçün müqavilə əsasında işləyən şəxslərin maşına atəş açması nəticəsində bir nəfər həlak olmuş, beş nəfər yaralanmışdı. Hərbi qüvvələrin bəyanatında deyilir ki, may ayının 5-i baş vermiş incident zamanı təhlükəsilzik şirkətinin işçiləri maşını təhlükə hesab etdikləri üçün atəşə tutublar.

XS
SM
MD
LG