Accessibility links

Yaponiya donuz qripi virusuna yeni yoluxma hallarını qeydə alıb


Yaponiya rəsmiləri ölkədə daha 72 H1N1 donuz qripi halının qeydə alındığını bildirib. Bununla Yaponiya Asiya-Sakit okeanı hövzəsi ölkələrində arasında qripin ən çox yayılmış ölkəsi olur. Yaponiyanın Kiyodo xəbər agentliyinin verdiyi məlumata görə, virusa yoluxma halları Osaka və Hyuqo prefekturalarında qeydə alnıb. Rəsmilər donuz qripinə yoluxanların çoxunun məktəbin yuxarı sinif şagirləri və kollec tələbələri olduğunu bildiriblər. Virusun yayıldığı ərazilərdə minə yaxın məktəb bağlanıb.

XS
SM
MD
LG