Accessibility links

Türkiyədə minlərlə insan dünyəvi dövlətə dəstək olaraq yürüş keçirilib


Türkiyə paytaxtı Ankarada on minlərlə insan ölkənin dünyəvi sisteminə dəstəyini bildirmək məqsədilə yürüş keçirib. Bu gün yürüş zamanı Türkiyə bayraqları dalğalandıran nümayişçilər üzərində “Dünyəvi Türkiyə dünyəvi olaraq qalacaq” yazılmış plakatlar qaldırıblar. Onlar müasir, dünyəvi Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyinə yürüş ediblər. Bəzi nümayişçilər isə universitet professorlarının və başqa dünyəviçilərin həbsinə etiraz edib. Türkiyə rəsmiləri dünyəvi, ultramillətçi “Ergenekon” qrupunu AKP hakimiyyətini hərbi yolla devirərək ölkədə qarışıqlıq yaratmağa cəhddə ittiham edir.

XS
SM
MD
LG