Accessibility links

Suu Kyi məhkəməyə çıxmağa hazırdır


Birma müxalifət lideri Aunq San Suu Kyi səhhətinin yaxşı olduğunu və hərbi hökumətin qaldırdığı ittihamlara qarşı özünü müdafiəyə hazır olduğunu bildirib. Milli Demokratiya Liqasının sözçüsü Nyan Vin deyir ki, Nobel Sülh mükafatı laureatı bu sözləri şənbə günü Ranqundakı həbsxanada vəkili Kyi Vin ilə görüşü zamanı deyib. Aunq San Suu Kyi və onun 2 qadın yardımçısı ev dustaqlığı qaydalarını pozmaqda ittiham olunur. Amerikalı bir nəfər gölü keçərək müxalifət liderinin evində gizlənib. Əgər ittiham sübuta yetirilsə onu 5 illik həbs cəzası gözləyir. Sözçü deyib ki, 63 yaşlı lider tərəfdarlarının onun sağlam olduğunu və məhkəmə qarşısında ifadə verməyə hazır olduğunu bilməsini istəyir.

XS
SM
MD
LG