Accessibility links

Litvada prezident seçkiləri keçirilir


Liltvada bu gün seçicilər ölkənin yeni prezidentini seçirlər.Rəy sorğularına əsasən, Avropa Birliyinin büdcə məsələləri üzrə rəhbəri iqtisadi cəhətdən çətinlik çətən Baltik ölkəsinin ilk qadın prezidenti ola bilər.Bu yaxınlarda keçirilmiş müstəqil sorğuda iştirak edən respondentlərin 53 faizi hesab edir ki, Daliya Qrabauskayte ölkəni iqtisadi tənəzzüldən çıxara bilən ən yaxşı namizəddir. Həmin sorğu göstərir ki, yeddi namizəd arasında onun ən böyük rəqibi olan Sosial Demokrat partiyasından Algirdas Butkeviçius 9 faiz dəstəyə malikdir.Seçkilərdə qələbə çalmaq üçün qalib səslərin 50 faizini almalıdır.İyun ayında təkrar seçkilərin keçirilməməsi üçün ölkənin 2, 7milyonluq əhalisinin azı yarısı səs verməlidir.


XS
SM
MD
LG