Accessibility links

Barak Obamanın məzunlar qarısında çıxışı mübahisələr doğurdu


ABŞ prezidenti Barak Obama abort əleyhinə olanlar və abort tərəfdarlarını qarşılıqlı ittihamlara son qoymağa çağırıb. Abort hüquqlarını müdafiə edən prezident bu çağırışı Roman Katolik Kilsəsinin Notre Dame Universitetinin məzunları qarşısında edib.

Çıxışı zamanı Barak Obama deyib ki, baxışlar fərqli ola bilər, lakin onlar arasında ortaq cəhətlər də var. ABŞ dövlət başçısı qadınların aborta müraciət etmə hallarının azaldılması, planlaşdırılmayan hamiləliklər və abort imkanlarının artırılması üçün tərəfləri birgə çalışmağa səsləyib.

Mərasimin təşkil edildiyi bina qarşısında isə abort əleyhinə olan yüzlərlə insan etiraz aksiyası keçirib. Prezident çıxışına mane olanlar da olub, lakin buraxılış mərasimində iştirak edən 12 000 insan Barak Obamanın çıxışını sürəkli alqışlarla qarşılayıblar.

XS
SM
MD
LG