Accessibility links

ABŞ-ın vitse-prezidenti Balkanlara yola düşüb


ABŞ-ın vitse-prezidenti Co Bayden Serbiya və onun qonşuları ilə əlaqərin bərpası məqsədi ilə bu gün Balkanlara yola düşüb. Diplomatik turnesini Bosnia-Hertsoqovinadan başlayacaq cənab Baydeni Avropa İttifaqının Xarici Əlaqərlər Şöbəsinin rəhbəri Haviyer Solana müşayiət edəcək. ABŞ-ın vitse-prezidenti Serbiyaya yola düşməzdən əvvəl Bosnia-Hertsoqovinanın parlamentində çıxış edəcək. Beynəlxalq diqqətlər ABŞ-ın Kosovonun müstəqilliyini dəstəkləməsindən sonra gərginliklər yaşanan Belqrada yönəlib. Co Bayden Serbiya rəsmilərinə Amerikanın o ölkə ilə əlaqərlərin yeni səhifəsini açmaq niyyətini çatdırmalıdır. Cümə axşamı günü Bayden Kosovoda olacaq.

XS
SM
MD
LG