Accessibility links

ABŞ astronaftları Habl teleskopunu təmir etmək üçün sonuncu dəfə açıq kosmosa çıxıblar


Amerika astronaftları Habl fəza teleskopunu təmir etmək üçün beşinci və sonuncu dəfə açıq kosmosa çıxıblar. Astronaftlar Con Qransfeld və Endrü Festel altı saat sürəcək missiya zamanı teleskopun batareyaları, sensoru və izolasiyasını dəyişəcəklər. Teleskopun daxili izolasiyası bundan əvvəl təmir zamanı dəyişilməli idi. Lakin texniki çətinliklərlə qarşılaşmış astronaftlar işi bitirə bilməyiblər. NASA təmir işlərindən sonra Habl teleskopunun daha beş il funksiya göstərə biləcəyinə ümid edir. Lakin astronaftlar teleskopun spektorqrafını dəyişməyə nail olublar. Bu cihaz NASA-nın qara dəliklər və qalaktikanı müşahidə etməsinə imkan verir. Astronaftların bu dəfəki missiyası əvvəlkilərdən daha çətindir. Belə ki, teleskop peyklərin toqquşması və raketlərin buraxlmasından sonra fəzada kosmik qalıqların olduğu orbitdə yerləşir.

XS
SM
MD
LG