Accessibility links

Ayətulla Əli Xameneyi iranlıları Qərbyönümlü namizədə səs verməməyə çağırıb


İranın ali ruhani rəhbəri iranlıları gələn ay keçiriləcək prezident seçkilərində Qərbyönümlü mövqeyi dəstəkləyə biləcək namizədə səs verməməyə çağırıb.

Bu gün televiziya ilə çıxışında Ayətulla Əli Xameneyi deyib ki, İranın düşmənlərinə təslim olan namizədlər ölkəni rüsvay edirlər və onlar seçilməməlidir.

Dini lider Kürdestan vilayətində çıxış edərkən bildirib ki, əgər iranlılar beynəlxalq arenada mövqeyinin təmin edilməsi üçün Qərb dövlətlərinə yarınan namizədə səs versələr, bu, ölkə üçün fəlakət gətirəcək.

Prezident Mahmid Əhmədinejad ikici müddətə 4 il ölkəni idarə etmək üçün seçkilərdə yarışır. O, ilk prezidenlik dövründə ABŞ və digər Qərb gücləri ilə qarşıdurma mövqeyi sərgilədi.

XS
SM
MD
LG