Accessibility links

Maykl Ceksonun konsertləri üçün rəqqaslar seçilib


Maykl Ceksonun Londonda 50 konserti üçün rəqqasların seçilməsi prosesi başa çatıb. Konsertdə rəqs etmək üçün 5 min nəfər arasından Los Ancelesdə Nokia teatrında finala 500 rəqqas çıxıb.

Amerikanın bütün ştatları və dünyanın bir sıra ölkələrindən dəvət olunmuş rəqqaslar üç gün ərzində məharətlərini göstəriblər. Cekson özü, şounun direktoru Kenni Orteqa və xoreoqraf Travis Peyn 12 finalist rəqqasın seçilməsində iştirak edib.

Rəqqasların səhnədə stil, güc, bacarıq, istedad və ifa kimi kateqoriyalarda məharətinə qiymət verilib. 12 rəqqasın 8-i Amerikadan, digərləri isə Almaniya, Avstraliya və Kanadadandır.

Maykl Ceksonun 750 min pərəstişkarı Londonda konsertlərə tamaşa edəcək. İlk konsert iyunda başlayıb, fevral ayına qədər davam edəcək.

Konsertin təşkilatçıları Ceksonun səhhətilə bağlı son şaiyələri rədd ediblər.

XS
SM
MD
LG