Accessibility links

ABŞ-ın  təqaüddə olan hərbi liderləri xəbərdarlıq verir


ABŞ-ın təqaüddə olan hərbi liderləri Amerikanın fosil yanacaqdan asılılığının milli təhlükəsizliyə ciddi şəkildə hədə törətdiyi barədə xəbərdarlıq verir. Generallar və admirallardan təşkil edilən hərbi məsləhət heyəti adlandırılan qrupun hesabatında bildirilir ki, yer altından çıxarılan yanacaqdan asılılığa tez bir zamanda son qoyulmalı, digər enerji resurslarına müraciət edilməlidir.

Vaşinqtonda təşkil edilən mətbuat konfransında hesabatla bağlı açıqlama verən yüksət rütbəli hərbi zabitlər fosil enerjisindən asılılığın ABŞ-ın iqtisadiyyatına ziyan vurmaqla yanaşı, ölkəni qeyri-sabit və ya düşmən rejimlərdən asılı vəziyyətdə saxladığını deyir. Hərbi nümayəndələr enerjinin xarici siyasətə təsir göstərdiyini, təkcə xarici deyil, ümumiyyətlə neftdən asılılığın Amerikanın beynəlxalq müstəvidə məqsədlərə nail olunması və bəzi hallarda imkanlarının məhdudlaşdırılması ilə nəticələndiyini bildirib. Hesabatda deyilir ki, neftdən qənaətlə istifadə edilməməsi və ya ondan asılılıq döyüşlərin effektivliyini sarsıtmaqla yanaşı, dollar və həyatlar bahasına başa gəlir.

ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri Amerikanın ən böyük enenrji istehlakçısı olduğunu bildirirlər. Təkcə ötən il bu ölkədə 20 milyard dollar neft məhsullarına sərf edilib.

Məsləhət heyətinin dediyinə görə, Amerikanın ən həssas sahəsi milli təhlükəsizliyə birbaşa hədə yaradan elelktrik sistemidir. Ölkə daxilindəki hərbi təsisatların demək olar ki, hamısı daxili elektrik enerjisindən dən asılıdır. Bu isə daxili təhlükəsizlik və hərbi system üçün olduqca mühüm bir məqamdır. Sistemlərin süqutu xarici ölkələrdəki missiyalara da təsirini göstərəcək-deyə generallar xəbərdarlıq verib.Təqaüddə oaln vitse-admiral Dennis Maggin fosil yanacaqdan asılılığının azaldılmasının milli təhlükəsizliyə hədə olan digər bir factor-qlobal isiləşmə prosesinin sürətinin azaldılamsına yardım edə biləcəyini deyir.

XS
SM
MD
LG