Accessibility links

Ekspertlər raket qalxanının effektiv olmayacağını bildirir


Rusiya və ABŞ alimlərindən ibarət birgə komanda bu qənaətə gəliblər ki, Avropanı İrandan qaynaqlana biləcək raket hücumundan müdafiə məqsədilə planlaşdırılmış raket qalxanı effektiv olmayacaq. Hər iki millətdən 6 alimin təmsil olunduğu heyətin tapıntıları müstəqil araşdırma qrupu olan Şərq-Qərb İnstitutunun hesabatında nəşr edilib. Ekspertlər inanırlar ki, bu qalxan İran raketlərinin qarşısında aciz qalacaq və asanlıqla başqa əks-ölçülər tərəfindən neytrallaşdırıla bilər. Ekspertlər həmçinin inanırlar ki, İran üçün atom bombası və onu daşıyacaq uzaq mənzilli raket inkişaf etdirmək ən azı altı il vaxt aparacaq.
XS
SM
MD
LG