Accessibility links

Yaponiyada 173 adam donuz qripinə yoluxub


Yaponiyada 173 adamın donuz qripinə yoluxduğu bildirilir. Onların əksəriyyəti yuxarı sinif şagirdləri və kollec tələbələridir. Xəstəlik səbəbi ilə 4000-dən artıq məktəb bağlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı Cenevrədə keçirdiyi illik toplantısında virusun digər ölkələrə də yayıla biləcəyi barədə xəbərdarlıq verib. Təşkilat dünya ölkələrini sayıqlığa çağırıb. Ümumdünya Səhiyyə Təşkilatı A-H1N1 donuz qripi virusuna artıq 9000-dən artıq insanın yoluxduğunu və bu xəstəliyin 40 ölkədə yayıldığını təsdiq edib.

İnidyədək 76 adamın bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir. ABŞ-da donuz qripindən ölənlərin sayı 6 nəfərdir.


XS
SM
MD
LG