Accessibility links

Britaniya parlamentinin spikeri istefa verməyə hazırlaşır


Böyük Britaniya mətbuatının bildirdiyinə görə, parlamentin Nümayəndələr Palatasının spikeri xərcləmə qalmaqalı səbəbilə istefa verəcək. Maykl Martin son 300 ildə istefaya məcbur ediləcək ilk spikeri olacaq. Onun Britaniya xalqından üzr istəməsinə baxmayaraq, parlamentin onlarla üzvü Martinin istefasına çağırıb. Spiker ona qarşı etimadsızlıq səsverməsi keçirilməsinə qarşı mübarizə apardı. Qalmaqal bu ayın əvvəlində “Daily Telegraph” qəzetinin dərc olunan məlumatdan sonra baş qaldırıb. Yazıda iddia olunur ki, Martin evinin təmirindən, mebelindən tutmuş itinin yeməyinə qədər hər şeyi dövlət hesabına alıb.
XS
SM
MD
LG