Accessibility links

Guantanamo məhbəsinin bağlanması üçün vəsait ayrılması planı təsdiq edilməyəcək


ABŞ Senatının demokrat üzvləri Obama administrasiyası müttəhimlərin köçürüləcəyi yerləri açıqlamayınca,Gunatanamo məhbəsinin bağlanması üçün 80 milyon dollarlıq vəsait ayrılması planını təsdiq edilməyəcəyini bildirib. Qanunvericilərin bu qərarı prezident Obamanın fond ayrılması müraciətinə cavab olaraq verilib.

Son zamanlar, ələlxüsus respublikaçılar olmaqla, Konqres üzvlərinin Obamanın Gunatanamo məhbəsinin bağlanması planının tənqidləri artmışdır. Onlar gələn yanvar ayında Guantanamonun bağlanmasından əvvəl prezidentin məhbusların müqəddəratı planını açıqlamasını tələb edirlər. Qanunvericiləri həm də 240 məhbusdan bəzisinin ABŞ ərazidində mühakimə ediləcəyi narahat edir. Ağ Ev bildirir ki, prezident Obama bu məsələyə sabahkı çıxışı zamanı toxunacaq.

XS
SM
MD
LG