Accessibility links

Rusiya ABŞ-ın silahların ixtisarı ilə bağlı yeni təklifini nəzərdən keçirəcəyini deyir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva ilə Vaşinqton arasında strateji silahların ixtisarı ilə bağlı danışıqlarda Birləşmiş Ştatların planlaşdırdığı raketdən müdafiə sistemləri nəzərə alınmalıdır. Bu açıqlama ABŞ-la Rusiya arasında danışıqların ikinci gününə təsadüf edir. Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya strateji silahların ixtisarı razılaşmasını əvəz edəcək yeni saziş barədə ABŞ tərəfin verdiyi təklifləri nəzərdən keçirəcək. Rusiyanın xarici işlər naziri bu açıqlamanı Misrin xarici işlər naziri Əhməd Əbul Geyitlə bağlı qapılar arxasında görüşündən sonra mətbuat konfransında verib. Cənab Lavrov deyib ki, danışıqlar nəticəsində əldə olunacaq sazişin hazırkı sazişlə müqaisədə irəliyə doğru atılmış addım olmalıdır. O qeyd edib ki, sazişin ümumi prinsipləri iki tərəfin təhlükəsizliyinin müsavi şəkildətəmin olunması, strateji sabitlik sahəsində paritetin qorunması olmalıdır.

Rusiya Birləşmiş Ştatların Mərkəzi Avropayda raketdən müdfiə sistemləri yerləşdirməsinin qəti şəkildə əleyhinədir. ABŞ-ın müdafiə sistemlərini İrandan edilə biləcək hücumlara qarşı olduğunu deməsinə baxmayaraq, Kreml bu sistemlərin Rusiyanın təhlükəsizliyinə hədə olduğunu deyir.

Dünən mərkəzi Nyu Yorkda yerləşən Şərq-Qərb İnstitutununaçıqladığı Rus və amerikalı bir qrup alim tərəfindən hazırlanmış reportda deyilir ki, İranın hər hansı raket hücumundan Avropanı müdafiə məqsədilə planlaşdırılmış raket qalxanı effektiv olmayacaq. Ekspertlər inanırlar ki, bu qalxan İran raketlərinin qarşısında aciz qalacaq və asanlıqla başqa əks-ölçülər tərəfindən neytrallaşdırıla bilər. Ekspertlər həmçinin inanırlar ki, İran üçün atom bombası və onu daşıyacaq uzaq mənzilli raket inkişaf etdirmək ən azı altı il vaxt aparacaq.


XS
SM
MD
LG