Accessibility links

Əfqanıstanda döyüşlər zamanı yenə də mülki vətəndaşlar qətlə yetirilib


NATO-nun bildirdiyinə görə, Əfqanıstanın cənubunda döyüş təyyarəsinin hücumu nəticəsində 8 mülki vətəndaş qətlə yetirilib.Hadisə mülki əhalinin tələfatı ilə bağlı mübahisələrin artdığı vaxt baş verir. NATO-nun başçılıq etdiyi beynəlxalq qüvvələrin bildirdiyinə görə, onlar 25 yaraqlı ilə toqquşmalardan sonra yardıma çağırılmışdı.

NATO-nun bəyanatında yaraqlılar mülki vətəndaşlardan sipər kimi istifadə etməkdə ittiham edilir. Mülki əhali arasında dünənki tələfatlar haqda məlumat iki həftə bundan əvvəl ölkənin qərb bölgəsində ABŞ qüvvələrinin hücumları nəticəsində ölənlərin sayı barədə mübahisələrın getdiyi vaxta təsadüf edir.

ABŞ ordusunun bildirdiyinə görə, may ayının 4 və 5-i Fərah vilayətində həyata keçirilən hava hücumları zamanı 20-dən 30 nəfərə qədər mülki vətəndaş, 60 nəfərə qədər isə yaraqlı öldürülüb. Əfqan hökuməti ölənlərin sayının 140 nəfər olduğunu bildirir.

XS
SM
MD
LG