Accessibility links

A-H1N1 donuz qripi virusuna 10200-dən artıq insan yoluxub


ABŞ-ın səhiyyə rəsmiləri Missuri şatatında 44 yaşlı kişinin donuz qripi səbəbi ilə vəfat etdiyini bildirib. Həmin şəxsdə vurus Meksikadan qayıtdıqdan sonra aşkar edilmişdi. Beləliklə ABŞ-da donuz qripindən ölənlərin sayı 8 nəfər olur. Yaponiyada 200-ə yaxın adamın donuz qripinə yoluxduğu bildirilir. Onların əksəriyyəti yuxarı sinif şagirdləri və kollec tələbələridir. Xəstəlik səbəbi ilə 4000-dən artıq məktəb bağlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı A-H1N1 donuz qripi virusuna artıq 10200-dən artıq insanın yoluxduğunu və bu xəstəliyin 40 ölkədə yayıldığını təsdiq edib. İnidyədək 80 adamın bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.


XS
SM
MD
LG