Accessibility links

Belqradda prezident idarəsinin binasına qumbara keçirmək istəyən şəxs saxlanılıb


Serbiya polisi Belqradda prezident idarəsinin binasına qubara keçirmək istəyən şəxsi zərərsizləşdiklərini bildiriblər.

Prezident Boris Tadiçin sözçüsü hadisə ilə bağlı bu gün məlumat verib.Polisin götürdüyü ölçülərin detalları ilə bağlı hələlik məlumat verilməyib.

Bundan öncə polis ələ keçirilən şəxsin müflis olmuş biznes olduğu haqda məlumat vermişdi. Televiziyada yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü binanın ətrafında polisin silahı şəxsə yönəltdiyi və vasitəçilərin onu təslim olmağa razı salmağa çalışdığı göstərilib.

Bu insident ABŞ-ın vitse-prezidenti Co Baydenin Belqrada səfərindən bir gün sonra baş verir.

XS
SM
MD
LG