Accessibility links

Barak Obama Guantanamo məhbəsinin bağlanacağı barədə vədinə əməl edəcəyini deyir


ABŞ prezidenti Barak Obama Respublikaçı və Demokarat partiyaları üzvlərinin tənqidlərinə cavab olaraq,Vaşinqtonda çıxışı zamanımilli təhlükəsilik siyasətini açıqlayıb. Guantanamo məhbəsinin bağlanması qərarını müdafə edən presidenttənqidlərə baxmayaraq, verdiyi vədə əməl edəcəyini bildirib.Barak Obama bildirib ki, Gunatanamo milli təhlükəsiliyin möhkəmləndirilməsi məqsədi ilə açılsa da, bu, ABŞ və onun mənəvi səlahiyyətlərinə zərbə vurub. ABŞ dövlət başçısıməhbusların bəzilərinin ABŞ həbsxanalarınaköçürüləcəyini və onların federal məhkəmələrdə mühakimə ediləcəyini, digərlərinin işinə isə hərbi komissiyalarda baxılaçağını bəyan edib.

Barak Obama 50 məhbusun artıq bağqa ölkələrə köçürülməsinə dair qərar verildiyini deyib. Prezidentin çıxışı ABŞ Senatının demokrat üzvlərinin Obama administrasiyası müttəhimlərin köçürüləcəyi yerləri açıqlamayınca, Gunatanamo məhbəsinin bağlanması üçün 80 milyon dollarlıq vəsait ayrılması planını təsdiq edilməyəcəyini bildirməsindən sonra edilir.


XS
SM
MD
LG