Accessibility links

İraqda silsilə bomba hücumları həyata keçirilib


Iraqın paytaxtı Bağdadda və ölkənin şimalındakı Kərkük şəhərində həyata keçirilən bir neçə bomba hücumu 3 Amerika əsgəri də daxil, azı 25 nəfərin ölümünə səbəb olub.Rəsmilər Bağdadın cənubunda yerləşən Dora mahalındakıticarət mərkəzində bir qrup Amerika əsgərinin toplaşdığı yerdəintiharçı hücumunun həyata keçirildiyini deyirlər. Bu hücum nəticəsində 12 mülki vətəndaş və 3 ABŞ hərbçisi həlak olmuş, 25 nəfər yaralanmışdır. Bağdadın qərbində, polis məntəqəsi yaxınlığında zibil qutusuna yerləşdirilmiş bombanın partlaması nəticəsində isə 3 polis zabiti ölmüş, 20-yə qədəri yaralanmışdır. Kərkük şəhərində isə intiharçı hücumu yarı-hərbi dəstənin7 nəfər sünni üzvünün ölümünə səbəb olub.

XS
SM
MD
LG