Accessibility links

Rusiya Avropa Birliyi ilə problemlərini çözə bilmədi


Rusiya prezidenti Dmitri Medvedevin bu gün Avropa Birliyinin ali rəhbərləri ilə danışıqları hər hansı nailiyyətə yol açmayıb.

Rusiyanın Uzaq Şərqində keçirilən danışıqlarda əsasən enerji məsələləri və Moskva ilə Avropa Birliyi arasında yeni əməkdaşlıq müqaviləsinin qəbulu müzakirə edilib.

Ancaq Rusiya rəsmilərinin dediyinə görə, Moskva Avropa Birliyinin təklif etdiyi enerji xartiyasını imzalamayıb və onun yeni versiyasını hazırlamağa çağırıb.

Cənab Medvedev bir daha Avriopa Birliyini Şərqi Avropanın sabiq Sovet respublikalarına təklif etdiyi tərəfdaşlıq planından narahatlığını idadə edib.

Rusiya prezidenti deyib ki, o, Şərq tərəfdaşlığının Rusiyanın əleyhinə çevrilməsini görmək istəməzdi.

Rusiya prezidenti habelə Avropa Birliyini Ukraynaya Rusiyanın nəql etdiyi qazın dəyərini ödəmək üçün kredit almaqda yardım etməyə çağırıb.

XS
SM
MD
LG