Accessibility links

BMT Şri Lankanin müharibə zonasının dəhşətli vəziyyətdə olduğunu deyir


BMT-nin ali rəsmisi deyib ki, Şri Lankanın keçmiş müharibə zonası dağılmış vəziyyətdə görünür. Bu, münaqişənin Tamil Pələnglərinin məhvi ilə bitməsindən sonra ilk müstəqil qiymətləndirmədir. BMT nümayəndəsi Vicay Nambiar dünən vertolyotla münaqişə zonasına səfər edib. O, bu gün Kolomboda jurnalistlərə deyib ki, orada ciddi dağıntılar baş verib. Nümayəndənin sözlərinə görə, mülki əhalinin münaqişə zonasında qalmasına dair işarələr yoxdur və orada vəziyyət dəhşətli görünür. Vicay Nambiar BMT baş katibi Ban Ki Mununun ofisinin rəhbəridir. Cənab Munun özünün də bu gün Şri lankaya gələrək münaqişə zonasına və məcburi köçkünlərin məskunlaşdığı ətraf düşərgələrə baş çəkəcəyi gözlənilir.
XS
SM
MD
LG