Accessibility links

Barak Obama Amerikanın hərbi qulluqçularına dəstəyini bildirib


ABŞ prezidenti Barak Obama Amerikanın hərbi qulluqçuları və onların ailələrinə əlindən gələn heç bir dəstəyi əsirgəməyəcəyinə vəd verib. Bazar ertəsi keçiriləcək Xatirə Günü bayramından öncə prezident deyib ki, hərbiçiləri yalnız ehtiyac duyulduğu halda və onların lazımi təlimlər və təchizatla təmin edildiyindən əmin olduqdan sonra döyüşlərə göndərəcək. Həftəlik radio müraciəti zamanı ABŞ dövlət başçısı amerikalıların hərbiçilər və vətənləri qarşısında öhdəliyi olduğunu deyib. Barak Obama hərbi qulluqlçuların təhsil və səhiyyə xidmətləri ilə təmin ediləcəyinə vəd verib. O, Veteranlarla Əlaqə İdarəsinə əlavə vəsait ayrılması təklifi ilə çıxış etdiyini deyib.


XS
SM
MD
LG