Accessibility links

Monqolustanda prezident seçkiləri səsverməsi sona çatıb


Monqolustanda bü gün prezidenti seçkiləri keçirilir. Sovet İttifaqının sabiq satellit ölkəsində prezidentlik uğrunda qızğın mübarizənin gedəcəyi gözlənilirdi. Bu gün seçki məntəqələrinin bağlanmasından sonra keçən il keçirilən parlament seçkilərindən fərq olaraq ölkədə sakitlik yaşanır. Keçən iyul ayında paytaxt Ulan-Batorda zorakılıqlar nəticəsində 5 nəfər dünyasını dəyişmişdi. Bugünkü seçkiləri isə təxminən 50 beynəlxalq müşahidəçi izləyib. 300-dən çox seçki məntəqəsində video-kameralar quraşdırılıb. Seçkiöncəsi sorğuların nəticələri seçkilərdə gərgin mübarizənin gedəcəyini göstərirdi. Belə ki, başlıca mübarizə hakim Monqol Xalq İnqilab partiyasının namizədi, hakimiyyətdə olan Nambarın Enkbayarla müxalif Demorkat partiyasının namizədi, sabiq baş nazir Tsaxia Elbeqdorc arasında gedir.
XS
SM
MD
LG