Accessibility links

Ali ABŞ rəsmisi Quantanamo həbsxanasının bağlanmasından ehtiyat edir


Ali ABŞ hərbi rəsmisi deyir ki, o, Quantanamo Körfəzindəki saxlanma obyektinin bağlanmasını dəstəkləyir, lakin əlavə edib ki, azadlığa burxılan məhbuslarn döyüş meydanına qayıtmasının qarşısnı almaq çətin olacaq. Baş Qərargahlar rəsi Maykl Mallen bazar günü telekanallara verdiyi müsahibədə bildirib ki, prezident Barak Obama Quantanamo məhbuslarının taleyi barədə qərar verməlidir. O, bildirib ki, Pentaqon prezidentin Quantanamo həbsxanasını bir il ərzində bağlamaq qərarına müvafiq fəaliyyət göstərir. İrana gəldikdə, İslam Respublikasının liderləri ilə dialoqa tərəfdar olduğunu söyləməklə yanaşı cənab Mallen bu ölkənin atom bombası istehsal etmək planlarını region üçün sabitliyi pozan element kimi dəyərləndirib.
XS
SM
MD
LG