Accessibility links

Ərəb dövlətləri ABŞ-ın İranla yaxınlaşmasından narahatdır


Yaxın Şərq məsəsələləri üzrə politoloqlar deyir ki, Vaşinqtonunİranla dialoqlara start vermək səyləri Amerikanın ərəb müttəfiqlərinə həyəcan siqnalı göndərib. Bu müttəfiqlər İranın regionda qeyri-sabitlik yaradan qüvvə olduğundan narahatdır.
Yaxın Şərq Siyasəti üzrə Vaşiqnton İnstitutundan İran məsələləri üzrə ekspert Patrik Klouson deyir ki, ərəb ölkələri İran körfəzində baş verəcək hər hansı bir əhəmiyyətli dəyişiklikdən narahat olur: “Bu ölkələr ABŞ-la İranın yaxın müttəfiqliyini görmək istəmir. Onlar narahatdır ki, Birləşmiş Ştatlar İranı regionda əsas priz kimi görür.” Son bəyanatlarında neftlə zəngin dövlətlərdən ibarət Körfəz Əməkdaşlıq Şurası Amerika Birləşmiş Ştatlarının İranla dialoqa başlamayacağına ümidlərini izhar edərək, bunun onlar üçün bahaya başa gələcəyini vurğulayıblar.
Misir paytaxtı Qahirəyə son səfəri zamanı ABŞ müdafiə naziri Robert Qeyts regiondakı ərəb dövlətlərini arxayın etməyə çalışıb ki, Vaşinqtonun Tehrana əl uzatmasının onlara təsiri olmayacaq: “Yaxın Şərqdəki dostlarımız və tərəfdaşlarımız ondan əmin olmalıdırlar ki, Tehranla qurulacaq hər hansı əlaqə açıq və şəffaf olacaq və dostlarımıza davam edən proseslər barədə məlumat veriləcək.”

ABŞ senatoru, Senatın xarici əlaqələr komitəsinin sədri Con Kerri deyir ki, YaxınŞərqdə böyük geosiyasi dəyişiklik yaşanır:“Yeni reallıq belədir: ərəb dövlətləri və İsrail hazırda tək-tək narahat olmaqdan çox indi birlikdə narahatlıq keçirir. Nəticə etibarı ilə indi tərəflər arasında 2 il əvvəl ağıla gəlməyən bir əməkdaşlıq yaranıb”. Bir çox dövlətlər İranın nüvə və raket proqramlarından narahatlıqlarını izhar ediblər. İsrail və körfəz ölkələri Patriot Raket-əleyhinə qurğuya milyardlarla dollar sərf edib.Yaxın Şərq üzrə analitik Patrik Klouson deyir ki, Birləşmiş Ərəb Əmirliyi ABŞ-dan daha mükəmməl sistemin alınmasına 7 milyard dollar ayırıb.


ABŞ-ın siyasətinin dəyişməsi ilə Obama Administrasiyası İranla nüvə danışıqlarında iştiraka razılıq verib. Senator Kerri deyir ki, danışıqlar uğurlu olsa, bundan bütün region xeyir götürəcək. Dövlət katibi Hillari Klinton isə bildirib ki, bu yanaşma uğursuz olsa, ABŞ növbəti siyasi və iqtisadi sanksiyalar tətbiq edə bilər. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İrana bir neçə iqtisadi sanksiya tətbiq edib.

XS
SM
MD
LG