Accessibility links

Monqolustanda müxalif Demokrat Partiyası qalib gəlib


Monqolustanda müxalif Demokrat Partiyası prezident seçkilərində qalib gəlib.Hakim Monqolustan Xalq İnqilab Partiyası seçkilərdəki məğlubiyyətini etiraf edib. Seçki rəsmiləri tam nəticələri günün sonunda açıqlayacaqlar. Hakim partiya artıq səsvermənin ədalətli olması və sabiq baş nazir Tsaxia Elbeqdorcun qalib olması ilə razılaşıb. Ötən ilki parlament seçkilərindən fərqli olaraq bu səsvermə zamanı zorakılıq aktları qeydə alınmayıb.

Ötən iyulda paytaxt Ulan-Batorda seçki saxtakarlıqları ilə bağlı ittihamlar meydana çıxdıqdan sonra 5 adam zorakılıqlar zəminində həlak olmuşdu.Bazar günü seçkilərini 50 beynəlxalq monitor müşahidə edib.

XS
SM
MD
LG