Accessibility links

Beynəlxalq ictimaiyyət Şimali Koreyanın nüvə sınağı keçirməsini kəskin qınayıb


Beynəlxalq ictimaiyyət Şimali Koreyanın nüvə sınağı keçirdiyi və uzun mənzilli üç raket buraxdığı haqda xəbərlərə dərhal reaksiya göstərib.

ABŞ prezidenti Barak Obama deyib ki, Şimali Koreyanın hərəkətləri beynəlxalq sülh və təhlükəsizliyi təsbit edən qanunların pozulması deməkdir.

ABŞ-ən yüksək səviyyəli hərbi rəsmisi, Birgə Qərargahlar rəisi admiral Maykl Mullen Şimali Koreyanın testlərinin təəccüb doğurmadığını deyib. O bildirib ki, testləri təsdiq etmək üçün bir neçə gün lazım olacaq, lakin Şimali Koreyanın iddiaları şübhə doğurmur.

BMT Baş katibi Ban Ki Mun dərin narahatlıq keçirdiyini bildirərək deyib ki, hər hansı nüvə sınağı 2006-cı ildə BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın bu kimi fəaliyyətlərinə qadağa qoyan qətnaməsinin açıq şəkildə pozulmasıdır.

XS
SM
MD
LG