Accessibility links

Mahmud Əhmədinejad:’Iran nüvə proqramına dair danışıqlarda iştirak etməyəcək`


Iran prezidenti Mahmud Əhmədinejad dünyanın aparıcı qüdrətləri ilə mübahisəli nüvə proqramına dair danışıqlar keçirməyəcəyini bəyan edib. Bu gün Tehranda təşkil edilən mətbuat konfrasında İranın dövlət başçısı deyib ki, İran yalnız qlobal problemlərin həllində dünya ölkələri ilə əməkdaşlıq barədə müzakirə apara bilər.

Mahmud Əhmədinejad BMT-nin nüvə agentlliyi çərçivəsi xaricində keçirilən heç bir danışığa qatılmaycağını bildirib. Prezident Əhmədinejad deyib ki, ikinci dönəm prezident seçildiyi təqdirdə BMT-nin Nyu-Yorkdakı qərargahında ABŞ prezidenti Barak Obama ilə debatlar keçirə bilər.

XS
SM
MD
LG