Accessibility links

Birləşmiş Ştatlarda Xatirə günüdür


Birləşmiş Ştatlarda Xatirə günü münasibətilə prezident Barak Obama münaqişələrdə həlak olan amerikalılara ehtiramını bildirərək deyib ki, onlar canlarını azadlıq naminə qurban veriblər.

Cənab Obama Vaşinqton yaxınlığında ABŞ-da 150 il bundan əvvəl Vətəndaş müharibəsindən başlayaraq, müxtəlif münaqişələrdə həlak olmuş 300 minə yaxın amerikalının dəfn edildiyi Arlinqton Qəbiristanlığında naməlum əsgərin qəbri önünə əklil qoyub.

Birləşmiş Ştatların hər yerində Xatirə günü münasibətilə müxtəlif tədbirlər keçirilir.

Veteranlarla iş üzrə departamentin bildirdiyinə görə, hərbi münaqişələrdə təxminən bir milyon amerikalı həlak olub.

XS
SM
MD
LG