Accessibility links

Əfqanıstanda patlayış nəticəsində üç Amerika əsgəri həlak olub


Əfqanıstan və ABŞ silahlı qüvvələrinin bildirdiyinə görə, Kabildən şimalda bomba partlayışı nəticəsində üç Amerika əsgəri və üç əfqan həlak olub. Koalisiya qüvvələrinin rəsmiləri bildiriblər ki, partlayış intiharçının idarə etdiyi partlayşcılarla dolu Toyota markalı maşınınə NATO-un hərbi maşın karvanına vurması nəticəsində baş verib. Röyters xəbər agentliyi Əfqanıstanda hərbi komandir Gülbuddin Hikmətyara istinadən xəbər verib ki, hücum onun Hizb-i-İslami qrupu tərəfindən planlaşdırılıb. Bununla yanaşı ABŞ hərbi qüvvələri Uruzqan vilayətində toqquşma zamanı 8 Taliban yaraqlısının öldürüldüyünü bildirib. ABŞ prezidenti Barak Obama Əfqanıstanda artıq mövcud 38 min nəfərdən ibarət hərbi qüvvəni artırmaq məqsədilə ölkəyə 21 min əlavə əsgər göndərir.

XS
SM
MD
LG