Accessibility links

Pakistanda evlərindən didərgin düşənlərin sayı artır


BMT-nin qaçqınlar üzrə agentliyi Pakistanın şimal-qərbində Taliban yaraqlılarına qarşı keçirilən hərbi əməliyyatlar üzündən hər gün yurdundan 126 000 insanın qaçdığını bildirib. BMT-nin qaçqınlar məsələsi üzrə nümayəndəsi ancaq son bir ay ərzində Svat vadisi və onun yaxınlığındakı bölgələrdən didərgin düşənlərin sayının 2,4 milyona çatdığını deyib. İnsan hüquqları təşkilatı Human Rights Watch didərgin düşən milyonlarla mülki vətəndaşın ərzaq, su və tibbi ləvazımata böyük ehtiyacları olduğunu bildirib. Təşkilatın nümayəndəsi Bred Adams konflikt zonalarında humanitar fəlakətin baş verdiyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG