Accessibility links

İraqda yol kənarında yerləşdirilmiş bombanın partlaması 3 nəfərin ölümülə nəticələnib


Birləşmiş Ştatların silahlı qüvvələri İraqda Fəllucə yaxınlığında yol ABŞ-ın hərbi konvoyunun yol kənarında yerləşdirilmiş bombaya dəyməsi nəticəsində bir Amerika əsgəri daxil olmaqla, üç nəfərin həlak olduğunu bildirib.

Hərbi qüvvələrin rəsmilərinin bildirdiyinə görə, partlayış zamanı ölənlərdən biri ABŞ Dövlət Departamenti və biri isə Müdafiə nazirliyinin işçisi olub. Onların verdiyi məlumata görə, hərbi konvoy ABŞ hökumətinin işçiləri və müqavilə üzrə İraqda çalışan mülki vətəndaşları Fəllucə yaxınlığındakı obyektə aparırdı.

Hücum ABŞ silahlı qüvvərlərinin İraqda hücumların keçən ay ərzində yarıya qədər azaldığını elan etməsindən sonra baş verib. ABŞ silahlı qüvvələri Fəllucədən çıxıb və iyun ayının sonuna qədər əsgərlərin İraqın bütün şəhərlərindən çıxarılması planlaşdırılır.

XS
SM
MD
LG